Bir mahnı oxuyur kənd gözəlləri
Bir mahnı oxuyur kənd gözəlləri,ay lolo, bir mahnı,Durmaq da, ayrılıb getmək də çətin.Qəlbi ovsunlamaq – bizim qızlarınBizim mahnıların qədim adəti...Mahnıya qarışıb qız zərifliyi;bəs bu qılınc səsinə idi belə?!Dinləyin:deyirlər tozlu yollaraneçə əsrlərdi bir gözəl çıxır,igidlər qürbətdən yol gəlir hələ...
Durna qatarıtək sıralanıblar,ancaq nəğmələri daha həzindi.İki çiçək səfi durub üz-üzə,ya ulduz bürcləri belə bəzəndi?!"Burdan bir atlı keçdi,ya ləlli, qurbanın olum,Atın oynatdı keçdi,ya ləlli, ya ləlli..."Bu, hansı xoşbəxtin sevgi payıdı –nə yerə bəllidi, nə göyə bəlli.Burda yaralanmaq arzular könül,mahnı susanda da yara təsəlli...
Bir mahnı oxuyur kənd gözəlləri...Axşamlar bu mahnı dilə gələndə,niyə için-için ərimir dağlar?!Niyə ayaq tutub ordular kimiyerimir dağlar?!
Belə ki atəş var bu mahnılardasönmüş atəşgahlar nə üçün yanmır?Niyə külək kəsmir, meşələr susmur,bulaqlar lal olmur,çaylar dayanmır?!
Necə qovuşubdur odla su burda,Mahnılar pərişan, mahnılar sirli.Qızların özləri Nigar həyalı,Qızların mahnısı qılınc kəsərli!..
Bir mahnı oxuyur kənd gözəlləri,sədalar zamanı zamana calar.Hardasa yol gözlər banubirçəklər,Hardasa at çapar amazonkalar.
Mahnılar; ay lolo, torpaq təpərli,Qulağa min ilin harayı çatır.Torpaqda gizlənmiş xəzinə kimi,Bizim ürəyimiz mahnılardadır!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-bir-mahni-oxuyur-kend-gozelleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu vətən deyilən dünyam sirlidi,Bir paytaxtı sevinc, bir paytaxtı qəm.
Yurdumun ən gözəl nəğməsiYurdumun ən gözəl nəğməsi – öndə,Hələ yazılmamış, oxunmamışdır.
Açılan yolların mahnımıYollar açılacaq bir gün, bilirəm!Yollar göyərəcək cavan meynətək
DoğmalıqDayandığım bu zirvədən“Yurdum...” deyə pıçıldasam,
Стихи других поэтов
جان چو با جانان نشست از پیک و پیغامش مگوی
Aç qara zülfünü ta səfheyi-rusxarı tulaAç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
OlaydıYuxuda gördüyüm, nolaydı, birdən,Gözümün önündə aşkar olaydı.