Yurdumun ən gözəl nəğməsi
Yurdumun ən gözəl nəğməsi – öndə,Hələ yazılmamış, oxunmamışdır.Sazıma can verən min-min sazəndəHələ sarı simə toxunmamışdır.
Dağlara köklənmiş el yollarındaDöyüş mahnıları çalınmalıdır.Araz simi üstdə addımlarımdan,Görüş mahnıları çalınmalıdır.
Ümidlər könlümlə qoşa boy atan,Əzablı günüm də bal dadır, nədir?!Sədası Cənubu Şimala qatanƏn böyük sevincim hələ öndədir.
İgidlər yol gəlir üzü sabaha,Gözəllər görüşə bəzənir hələ.Ən sərrast sözümün qiyməti baha,Damarda qanımla bəslənir hələ.
Yollar qırağında bir dəstə uşaq,Papağı gözündə, dizləri açıq...O yalın ayaqdan güc əmən torpaqAçılan gülüylə könül açacaq...
Çırtlayır çiçəyi, çağlayır suyu,Bu Vətən deyilən okeana bax!Çəkilər, çəkilər yüz illər boyu,Kim deyir o bir də qabarmayacaq.
Nağıllar ağaca döndərib bizi,Deməyin nağıldı, daşdı, yazıdı.Daşların nəbzini duyuram, düzü,Ağac qardaşım da canlanasıdır.
Bağışlasın məni Füzuli babam,Deməsin söz bürcüm uçulacaqdır.Dilimin söz qatı açılıb, amma,Möcüzə qanadı açılacaqdır.
Ən gözəl şəhərlər tikilir hələ,Ən rahat yolumuz çəkilir hələ,Ən iti sözümüz yetişəcəkdir.Ən dərin yaralar bitişəcəkdir.
Qılıncam – ovxarım sözlə, inamla,Min ilin başında yurdun səsiyəm,Özüm bu günlərə kül ola-olaGələcək günlərin pərvanəsiyəm!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-yurdumun-en-gozel-negmesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eldar Mansurov bəstələyib*Nəyi itirmişdim, nəyi qazandım,
Məndən salam söyləMəndən salam söylə! Kimə? Heç kimə!Daha o yerlərdə kimsəm qalmadı.
Tanrı ışığıBir kökümüz doğudadı,Bir kökümüz günbatanda
Xəbər gözləyirəmYetmiş ildi dünyanın altıda biri qırmızı alova bürünüb yanır. Kənarda dayananlar da, alovun içindəkilər də bilir ki, bu söndürülməlidir. Amma öz-özünə yanıb qurtarmayana qədər yaxın düşmək olmur. Mübarizə adına qalxırsan, səni də yandırır. Amma sərçə kimi hərə bir damla su atsa yanğın böyüməz. O tək-tək damlalar zamanı nə qədər irəli çəkir, yanğının tez sönməsinə nə qədər xidmət edir? – bunu hesablamaq çətindir. Amma vaxtın dəyirmanını işlədən də o damlalardır.*Xəbər gözləyirəm... Kimdən; hayandan?