Yetmiş ildi dünyanın altıda biri qırmızı alova bürünüb yanır. Kənarda dayananlar da, alovun içindəkilər də bilir ki, bu söndürülməlidir. Amma öz-özünə yanıb qurtarmayana qədər yaxın düşmək olmur. Mübarizə adına qalxırsan, səni də yandırır. Amma sərçə kimi hərə bir damla su atsa yanğın böyüməz. O tək-tək damlalar zamanı nə qədər irəli çəkir, yanğının tez sönməsinə nə qədər xidmət edir? – bunu hesablamaq çətindir. Amma vaxtın dəyirmanını işlədən də o damlalardır.

Xəbər gözləyirəm... Kimdən; hayandan?Hansı məmləkətdən, hansı zamandan?Hansı ocaqlarda alışan közdən?Gözümə yığdığım hansı dənizdən?Cavab almadığım neçə sualdan,Uzaq xatirədən, sirli xəyaldanXəbər gözləyirəm, şirin, xoş xəbər.Taletək dalımca dolaşıb gəzən,Məni axtarmaqdan yorulmuş xəbər...

Gələ bir məktubun qanadı üstdə,İsti təbəssümdə, doğma nəfəsdə.Dərələr dolduran gur seldə gələ,Bəxtimə açılan könüldə gələ.Hər dost sevgisindən gətirə bir pay,Bağlı qapıları aça taybatay.Cücərə baharın otları kimi,Şığıya bir sürət qatarı kimi.Lap elə ümidin son nidasında,Lap elə ölümün astanasında –O axtara məni, o tapa məni.

Gələ, gözlədiyim xəbərim gələ,Gələ, o əbədi zəfərim gələ.Görəm ki, süfrəmin başında bir gün,

Bir xəbər oturub əziz qonaqtək.Görəm ki, evimin gur işığındaAlışır bir sevinc, yanır bir ürək...

Xəbər gözləyirəm, kimdən, hayandan,Hansı ümidlərdən, hansı gümandan?Bağlı sərhədlərin üstündən aşan,Yolları sorğusuz gəzib dolaşan,Ayrı sahillərə körpülər salan,Adsız şəhidlərin heykəli olan,Mənə ana kimi yanan bir xəbər.Məni Vətən kimi duyan bir xəbər!İtmiş sevgi kimi qayıdıb gələn,Ömrün baharını oyadıb gələn,Muştuluq bir xəbər, şirin bir xəbər,Şəfəqdən don geyən aydın bir səhər.

May, 1977

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов