Yenə də tək qoyub gedirəm səni,Soyuq divarların arxasında tək...Gedirəm bir qısa, xoşbəxt gecəniGizli dünyamızda dəfn eləyərək!

Bilirəm bu evin xoşbəxt anlarıBaşlayır mənimlə, bitir mənimlə.Gedir qulağımda pıçıltıların,İncik baxışın da gedir mənimlə.

Ürəyim astaca sıyrılır oddan,Dünən düz gəldiyim yol dolaşıbdı.

Elə bilirəm ki ikinci qatdaYalqız pəncərən də solğunlaşıbdı.

Gedir gözlərimdə gözündəki qəm,Ömrün sonunadək silinə bilməz.Görünür mən adi adam deyiləm,Adamlar ikiyə bölünə bilməz!

Yenə də yollara enər bir axşam,Mən də bu yollarla qayıtmalıyam.Gündüz yad üzlərə yatan dərdimiAxşam öz üzümə oyatmalıyam.

Daş olub köksümdən asılıb qəhər,Ruhum səninləsə mən necə sağam?Yəqin ki güzgüyə baxsam bu səhərÖzgə bir adamla rastlaşacağam.

Yenə də tək qoyub gedirəm səni,Bir azdan şəklin də gözümdən itər.Görüşün yenidən doğulmağımdıAyrılıb getməyim ölümdən betər!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов