Ürəyim bərkiyibdi, nə eşq bilir, nə həsrət,Nə ayrılıq, nə görüş, nə gərəksiz mərhəmət,Yüz-yüz cilvə içində qayıtsa ilk məhəbbət,Savaş meydanındayam, şerim də savaş şeri...

Bu qeyrət qalasını hər bəndə ala bilməz,Bu sehirli qılıncı hər igid çala bilməzSözüm namərd zamana mehriban ola bilməz,Başqaları yazacaq arxayın, yavaş şeri.

Kəsib atdım dilimdən taledən gileyimi,Mən – sözün intiqamı, mən – tarixin deyimi,Qan ilə yuyulubsa Vətənimin geyimi,Kim vecinə alacaq zərbafta, qumaş şeri?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке