Yurdu yağmalananyıxılan, duran.Vuruşa-vuruşaev-eşik quran.Xalqın şairləri dünyadan küskün.Sızıltı içində, giley içində,Tale başımıza ildırım tökür,Yanır harayımız bir ney içində.

Sözün başı ölüm, ayağı ölüm,Dilimiz ucunda bayağı ölüm...

Hər şeyin halalı, haramı olurDərd də öz qədrini biləni sevir.Yataqda ölənə – məzar narahatTorpaq da döyüşdə öləni sevir.

Yer də yaşamaqdan yorulub daha,Nə aldın, nə verdin sən əvəzinə?Onsuz da hər yerdən ölüm göyərirMəzar səpilirsə dən əvəzinə.

Düşmən ölüm biçir,düşmən şər əkir,Başdan töküləndən hədiyyə olmaz.Bu xalqa yaşamaq öyrətməmişdənÖlümə bu qədər mədhiyyə olmaz.

Yaşamaq!Həyatı qoruya bilmək!Torpaq doğma dildə dinəcək onda.Tanrıya qovuşan ruhlar yaşasaÖlüm də qiymətə minəcək onda.

Bizim də mayamız belə tutulubDünyanı söz ilə dəyişməliyik.Ölüm – hamımızın son səngərimizSonuncu sözədək döyüşməliyik.

01.II.1997

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти