Günəbaxan zəmisində
Səhər günəbaxan zəmisi şehli,Körpə günəşlərdi odsuz yananlar.Bir boya düzülən əsgərlər kimiÜzü üfüqədi günəbaxanlar.
Bütöv bir zəminin üzü günəşə,Ovcunda minlərlə balaca çıraqYaşıl bir dünyanın üzü günəşə!Bir çölün, bir düzün, bir sonsuzluğunHəyatın, zamanın üzü günəşə!
Susdum torağayın səhər himninə,Çöllərə işıqla nəğmə yağırdı.Kiçikli, böyüklü bir ölkə kimiZəmilər boy çəkib günə baxırdı.
Hamının ovcuna səadət payıEyni bölgü ilə yağsa nə olar?!Millət də bir haya qalxıb yuxudanEyni bir məsləkə baxsa nə olar.
Di gəl təbiəti anlama burda,Onun dərslərinin son məqsədi bir!Adi günəbaxan zəmisi bizəQovuşmaq öyrədir, birlik öyrədir!
Qardaş duyğusuyla çiyin-çiyinəZülmətdə içinə çəkilən xalqınGünəşə açılıb günəbaxantəkBir anda, bir haya dikələn xalqın.
Şairi olmaqdı ən gözəl peşə...Bəlkə buna görə hər səhər erkənGündoğana baxıb yol gözləmişəm!..
Albena, 1985
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-gunebaxan-zemisinde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Görən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
AzərbaycanımƏziz vətənim,sevdalı diyar,
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.