Qaçıram dörd divardan,İşə getdin – dörd divar,Evə gəldin – dörd divar.Dörd divar arasındaBir dünyanın dərdi var.

Ömür qutu içində,Üstün beton, altın daş.Beynim də çərçivədəDördkünc olubdur, qardaş!Duyğularım qutuda,Arzularım qutuda...Qara qutuya doğruGedirəm yavaş-yavaş!

Həsrətəm bu dünyanınPayızına, yazına.Buzdan yonulub bu ev.Könlüm çətin qızına.Məni səsləmə, aman,Dörd divar arasına,Gözlərimin yasına!Torpaqda dörd divarlıMənzilimiz var ikənBu məzar evə necəQapılım belə erkən?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов