Vətəni üçün dua edən qız
Dehlidə tərcüməçi işləyən gənc, gözəl birazəri qızı oteldə bizdən gizli namaz qılırdı,hər dəfə də Vətəni üçün dua edirdi...
Yerdən çiçək kimi doğulmalıykənAnadan olmusan.Bulaq kimi oxumalı,Quş kimi uçmalıykənİnsan olmusan.
Ayağın torpaqda – torpağa dəyməz,Yarpaqtək astaca mehdən titrəyən.Bu daş ürəklərdən qaçan gözəllikSənin ürəyində yurd salıb deyən.
İşığı çiçəkdən alıbdı üzün,Duyğu heykəlisən dünyanı gəzən.Bir az qara kişmiş, bir az ağ üzüm,Bir az bal şanının nişanəsisən.
Balaca cismində Mələklər ruhuHamının yoluna sığa bilməzsən.Köksündə ilahi sevgisi varkənXırda istəklərə baxa bilməzsən.
Beləcə bir parlaq səhərin nuru,Bülbül zərifliyin şəlalə səsi.Beləcə yurdumun uca qüruru,Vətəndən kənarda Vətən nəfəsi.
Hərdən gecə yarı, hərdən dan üzü,Bacı qayğısıyla yoxlarsan bizi.Bəlkə gözmuncuğu, Quran ayəsi...Yad eldə toxunmaz saxlarsan bizi!..
Dehli 1994
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-veteni-ucun-dua-eden-qiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Açmasın çiçəklər, gülməsin güllər,Ötüşməsin şirin dilli bülbüllər,
آسوده کربلا بهر فعل که هستگر خاک شود نمی شود قدرش پست
Bir günKönül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!
Zəfər nəğməsiGözün aydın, ey müzəffər xalqımın oğlu, qızı!Gözün aydın, doğdu artıq şanlı zəfər ulduzu!