Qapını açmışıq, Mikayıl əmi,Ustad ayağına gələnlərdənik.Deyirlər qurumur gözünün nəmi,Biz qardaş gözünü silənlərdənik.

Sazın min dərdimin bircə əlacı,Sözün arzumuza qapılar açır,Başına taleyin qoyduğu tacıMillətin şöhrəti bilənlərdənik!

Üstündən fələyin tufanı əsər,Mərdliyin İranı, Turanı gəzər,Kişinin çörəyi özünə bənzər,Tikəni halalca bölənlərdənik.

Ədalət çağırdın soraq gəlmədi,Bu zindan dünyada üzün gülmədi,Qəminə sevinən qafil bilmədiBizlər də axırda gülənlərdənik!

Gümüş saçlarını sərib səhərə,Yüz ilin dizini vurarsan yerə,Haqqa tapınanlar daş qoyan yerəBiz də baş qoyaraq ölənlərdənik.

Tovuz, 1988

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов