Nəğməm
Mənim nəğmələrim hamının deyil,Hamıya yetəsi ev tikmək çətin.Mənim danışdığım bu əsəbi dilYa dərdin şəklidir, ya da həsrətin.
Ha deyim bir dayan, göz yaşını sil,Nəğməyə fərqi yox payızdı, yazdı.Mənim nəğmələrim hamının deyil,Hamının olsaydı nəğmə olmazdı.
Sevgimdi, qopubdu ürək qanından,Şərt deyil min çələng toxuya bilsin.Təki bir kimsəsiz yalqız qalandaOnu öz-özünə oxuya bilsin.
Mənim fəsillərim əkinlə biçin,Sözüm də torpaqda xışdı, yedəkdi.Beş-on toxum olsa əkinçi üçünBaharda bir zəmi bitirəcəkdir.
Bir az keşikçidi, bir azca çoban,Haqqı qurd ağzından saldıracaqdır.Bu yolsuz dünyada bəlkə, bir zamanKimisə qolundan qaldıracaqdır.
Zər-ziba içində ürəklər soyuq,Ona bir çınqı od salsa bəsimdi.Masalar sındıran israfçılıq yox,Halal pendir-çörək olsa bəsimdi
Ana dodağında layla da işdi,Ata dodağında keçmişin səsi.Mən ömrü dağlardan borc istəmişdimQayıtsın o borcun nəğmə zərrəsi.
Sözün də hikməti Allahdan qalan,Ürəkdən dediyim ürəkdə bitə.Bir vaxt zümzüməylə keçdiyim yolaKimsə nəğməm ilə yoldaşlıq edə.
Sınıq ürəkləri ümidlə bəzər,Birinə su olar, birinə ocaq.Nəğməm də quş kimi dünyanı gəzər,Bir quru budaqda dincələr ancaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-negmem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Atam ucaboylu bir cavan idi,Bu saçıqırovlu yaşımdan cavan.
Analar ağlamasınTəkcə analar ağlamasın,Analar ağlayanda dözə bilmirəm.
Üç addım yer ayır...Üç addım ayır, kənd qəbristanı,Günlərin birində qayıdacağam.
Bir şam yandırarsanEy bayram axşamı yalqız qalan kəs,Bir şam yandırarsan adıma mənim.
Стихи других поэтов
Könlüm xoş olur ol büti-zibayə baxanda,Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.
Gəraylı: Məgər bir can nolur, bilməmMəgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
گربهٔ پیری، ز شکار اوفتادزار بنالید و نزار اوفتاد
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar