Vaxt ötür, qol yorulur,Silah üzümə durur.Kimdən pənah umurdum –Pənah üzümə durur,

İllər ruhumu soyur,Son köynəyim toxuyur,Dərd "Bəri bax!" oxuyurHər ah üzümə durur...

Bu oyunda tale – zər...Hökmünü sonra kəsər,Qorxmaz keçir gülümsər,Qorxaq üzümə durur.

Əbəs imiş yandığım,Nə olub qazandığım?Unudulmuş sandığımGünah üzümə durur.

Kilidləmir qapını,Bağlamır kitabını,Üzmür haqq-hesabınıAllah üzümə durur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов