“Tonqal iyi verirsən!” – Bir gözəlin sözüdü.Tüstülü saçlarımı qarışdırıb gülürdü.Bilmirdi tonqal iyi mənim saçımdan deyil,Köksümdə tüstülənən ürəyimdən gəlirdi!

Gözlərimin önündə tüstülənən kitablar,Nəsiminin, Sabirin ruhunda tonqal iyi!haqqımı istəyəndə dilimə damğa basanAdımı yasaq edən qorxumda tonqal iyi!

Tonqal-tonqal işıqdı adlayan əsrləriSibirdən üzümüzə sönmüş ocaqlar baxır.Müşfiqin gur saçları bir tonqalın tüstüsüXızıda bir daxmaya dönmək üçün darıxır.

Kimdi budaqlarımı amansız silkələyən,Qitələrə səpilir bu yetişən barımız.Mühacir dəstələri ölkələr arasındaAstaca tüstülənən, sönən tonqallarımız!

Gözüm işıqdan doymaz, dilim sözə tamarzı,O Hadinin ruhudu məzarını soraqlar.Biz ocaq çatmırıq ki, qalxır zirzəmilərdənGözümüzün yaşıyla söndürülən ocaqlar.Saçımda, paltarımda tonqal iyi, od iyi.Azadlıq havasında çiçəkləyir daş meydanVarımı talan edən yalanların içindənUnudulmuş səsimi mənə qaytarır zaman.

Yerlə göy arasında qalxandı milyon yumruqQayıdır bir millətin cavanlığı üzünəYarağa yadırğamış əllərin gizli gücüDamla-damla yığışır car çəkdiyi sözünə!Qeyrət karvanlarıdı keçən uzaq yolları,Obalardan əlimə milyon əldi uzananTonqalların başında, mütilik şaxtasındanSoyuyan qanımızdı gecə-gündüz qızınan!Milyon dildə bir hava, milyon əldə bir qılınc,Çürümüş gövdələrə yarımca zərbəmiz bəs.Bu meydanın işığı məmləkəti bürüsə,Qaranlıq ayaq açıb üstümüzə yeriməz!...Tüstülü saçlarımda titrəyir zərif əllər.Göz yaşı qorxu dadır: ocağım qaralacaq.Mən də adi bir kösöy – ancaq bir talesizinBurnunda həmişəlik tonqal iyi qalacaq!

5.XII.1988

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов