Geriyə biletin yox,geri dönə bilməzsən.Bu qatarla yenidənMənə qonaq gəlməzsən.

Gedirik, qarlı çöllərAğ yaylıqtək yellənir.Hər sözün bir damla qəmÜrəyimdə göllənir.

Daha bir də o sevincQapımı döyməz mənim.Yağacaq gecə-gündüzÜstümə ağ kəfənim.

Sevgi dolu günlərinYenə də son ucu yol,Səni əlimdən alıbAparır soyğunçu yol!

Saçına sancaq eləBoynuna boyunbağıApar, məni də apar,Qala bilmirəm axı!

Hamı üzü hicranaQatar tələsir, aman,geriyə bilet almaqÇıxıbdır yadımızdan...

Peredelkina, 4.I.1989

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов