Tel-tel ağ buludun dalından baxanAy kimi bu pərdə arxasında sənİndi göydən gələn, uzaq, əlçatmazDili bilinməyən qonaq kimisən.

Özgə planetin özgə adamı,Həyatsan, arzusan, yuxusan, nəsən?Gecə sübhə kimi yer kürəsindəMənə göy dilini öyrətmədəsən!

Nə bizə bir azca yaxınlığın var,Nə ruhun gözəllər ruhuna bənzər.Sirli nəfəsindən mənim ömrüməUzaq dünyaların küləyi əsər.

Divarlar çəkilib, tavan yox olub,İndi buludların bir qatındayamQolların günəşdən uzanan işıq –Bu sirli işığın qanadındayam.

Bəlkə mələklərin böyük ruhusanQopmusan dünyanın ilkin çağından.Mənim gözlərimi qapayan gecəYağır gözlərinin qaralığından.

Mənə min duyğunun əli toxunur,Mənə milyon ilin sualı baxır.Gecə pıçıltından yuxularımaBənövşə ətirli laylalar yağır.

Göyün də sevgisi bitə bilərmiş,Bu gün bir ayrılıq duydum səsində.Görünür yaşamaq asan deyilmişAdi adamların əhatəsində.

Özgə planetin özgə adamı,Burda qanad qırıq, duyğular dardı.Kimi inandıra biləcəyəm kiBir vaxt göydən gələn qonağım vardı.

Peredelkino, 4.I.1989

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов