Əlac nədir
Aytən xanım,Bir ölkədəadlarınız dəyişilibtürklüyünüz danılırsa,Bura Sizə Vətən deyil,Vətən deyib yanılırsan...
Adın dönüb Milka olub,Milyon yarım türk idinizMilyon yarım kölgə olub.Bir millətə diri-diriölüm marşı çalınırsa,Türk dilində söz deməyə,ixtiyarın alınırsa,işlədiyin bu dükanın,geyindiyin bu paltarın,qazandığın bu çörəyinnə qiyməti?Sən bunları geri qaytarVarlığını tapıb gətir...Mənim dilim yasaq deyil,bil, əzizim.Göz yaşınıyanağından sil, əzizim.Mən də adam balasıyam,hansı pasport daşısam dasənin doğma qardaşınam.Ancaq qəlbim qapanıbdıgöz yaşınaBu qatarda yerim yoxsavaxtında yer tapmalıyamməqamında düşməliyəm.Mən əzəldən ah-nalənin,sızıltının düşməniyəm!Biri baxır, biri yeyir,biri susur, biri döyür,karvanınız hardan gəldi,hara getdi.Bu əsrdə göz yaşına bel bağlamaqcinayətdi...Mənim sirrim özümə yük,Mənim dərdim özümə bəs...Məndən nicat umursansaumma əbəs!Dünən ərin Mustafaydı,bu gün kimdi? Çağır, gətir.Mən ərinə söyləyərəm,bu dərdlərə əlac nədir. –
Bolqarıstan, 3.XI.1985
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-elac-nedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
OlmazGəlində zühura nuri-təcəlla,Camalın tək münəvvər olmaz
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
Hübb ayəsi, zahid, sənə Quranda tapıldıHübb ayəsi, zahid, sənə Quranda tapıldı,Misdaği mənə arizi-cananda tapıldı.