Qəm ürəyi üşüdür,Qəmi göylər eşidir,Bu da Allah işidirDanma, qardaşım, danma!

Uduzuruq haçağdı,Namərd niyə qoçağdı,Öz çatdığın ocaqdı,Yanma, qardaşım, yanma!

Öz yolumuz beləymiş,Öz ruhumuz köləymiş,Öz əlimiz tələymiş,Qonma, qardaşım, qonma!

Daha göz yaşını sil,Daha haqu yolunu bil,Daha qarışqanı filSanma, qardaşım, sanma!

Tülkü qəsdinə gəlir,Qarğa tüstünə gəlir,Dünya üstünə gəlir.Sınma, qardaşım, sınma!

8.VII.1994

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов