Astara yolları uzanıb gedirTəbrizə bir baş.Geri dönməliyik biz isə, qardaş.Qabil

Sözündə həsrətim yandı elə bil,Sabaha nələri tanıtmalıyıq? –Astara çayından Bakıya deyilBu gündən keçmişə qayıtmalıyıq!

Muzeylər küncündə, tarixim çin-çin,Karvanlar yurdumdan nələr daşıdı!Geriyə qayıdış şair qəlbininBəlkə, ilkinliyə çağırışıdı,Bəlkə, gələcəyə çağırışıdı.

Andımdı, yazımdı – torpaqda izim.Qara torpağıma üzü ağ deyək.Zirvəmiz arxada qalıbsa bizim –Geriyə dönməyə ucalmaq deyək!

Geri dönməliyik! – Asanmı məgər?Düzlərə gör necə duman enibdir.Təbrizə uzanan bu yollar təki,Tarixin özü də çəpərlənibdir.

Bizi özümüzdən ayrı salmağaMəktəblər qurulmuş, fənlər yaranmış,Milləti atomtək parçalamağaİndi zəncirvarı fəndlər yaranmış...

Nə sayım, birdirmi, beşdirmi onlar:Var quru sərhəddi, var su sərhəddi.Fikrimi, ağlımı əlimdən alarƏtalət sərhəddi, qorxu sərhəddi.

Kökümlə arama uçurum salar,Əlifba sərhəddi, yalan sərhəddi.Tarixin üzündə çapıq tək qalarMillətin ruhunu talan sərhəddi.

Sərhədlər çəkilib qaş ilə gözə,Ayaqsız ləpirik, mənzilsiz yoluq.Hər adam başına sərhəd bölünsəDünyada, bəlkə də birinci olluq...

Yollarım qırılmaz, baharım solmaz,Araz qırağında batmayaq yasa.Sərhəd çəkilməklə millət ayrılmaz –Ruhunda ayrılıq yaranmayıbsa!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине