1

Mənim ürəyimi qopardın, ey dost,Tullama uzanıb gedən yollara.Bir ucu hicrana,bir ucu qəmə,Bir ucu ölümə yetən yollara.

2

Qabarlı əlinə baxan deyər ki,Elə ürəyi də belə daş olar.Onunsa köksündə payız çiçəyi,Onunsa köksündə uşaq qəlbi var.

3

Ömrümə bir isti doğmalıq kimi,Könlümə bir həzin nəvaziş kimiGəldin –Bu gəlişin məni ağrıdır.Səfər başlanmamış elə bilirəmÖndə güman yoxdur, yol başa çatır!..

4

Qovuşub, birləşib baxışlarımız,Görünməz tül kimi örtüb Vətəni...Dar gündə bu sirli baxış toruna,Yanar baxışların naxış torunaSalıb məhv edirik yağı düşməni!

5

Ümidi paltartəkgeymək olsaydı,Arzunu çörəktəkyemək olsaydıDüşüncədən ev tikibqala bilsəydi adam –Xoşbəxt olardım!..

6. Mən kəndçi oğluyam

Mən kəndçi oğluyam, on illər ötəGözümdən silinməz o əzəlki qəm.Könlüm səyyahlara açılmaz qitə –Dünya dəyişsə də, mən dəyişmərəm!

7. Ağac kimi

Məni də bu ağactəkçətindi yox eləmək,Kəsilən budaqlarım pöhrə olub əkildi.Boyum torpaq üstündə nə qədər qısaldısa,Bir o qədər torpağın ürəyinə çəkildim...

8. Əbədiyyət

Mən – kainat boşluğundanuçub gələn qum dənəsi!Bir az işıq, bir az zülmət,bir az ruham, bir az da can.

Keçmişdə də izim qalıb,Olacağam bu dünyanın sonunacan!..

9

Bir səs məni çağırırAmma yer səsi deyil.Bəlkə göy adamıdı,Bəlkə qəfləti ölüm...Kimsə, özgəsi deyil!..

10

Ay it, üstümə cumma,Azmı yolumu kəsən.Mən bu yolu keçənəm,Sən bu yola hürənsən!

11. Ürəyim

Günəşə açılan çiçəklər kimiÜrəyim açıqdı yaxşılıqlara.

12. Soyuqluq

Soyuq ev, soyuq ürəkKimin nəyinə gərək.

13. Yeni il gecəsinin təkliyi

Yansa da gözlərdə çılçıraq kimiMən indi bildim ki, kasıbmış dünya.Ömrün budağından oyuncaq kimiBizi bir günlüyə asıbmış dünya.

14. Haqq qapısı

Qəminə şərik eylə,Ürəyim qəmə açıq.Biz haqqın qapısıyıq –Bütün aləmə açıq.

15. Bizdən sonra

Ömür yaxşı-yaman yetişir başa,Beşi rəhmət deyər, beşi pis desə.Ancaq alov düşər torpağa, daşaKimsə arxamızca "ürəksiz" desə!

16. Əkinçi ayaqlar

Bu balaca dünyadaAyaqlarım yol əkir...Yollar da gecə-gündüzSənin yanına çəkir.

17. Sirrin astanası

Zirvədə quş olmaq keçir könlümdən...Bir gün bu qayadan uçacağam mən,Hər dəfə dağlara elə qalxıram,Sanki bir dağ sirri açacağam mən...

18. Yorğunluq

Daha səyahətlər sevinc gətirmir,Daha uzaq yoldan çəkinirəm mən.Sahilini aşan dəniz kimiyəm,İndi də özümə çəkilirəm mən!

19. Yaşıl gözlər

Bir cüt yaşıl yarpaqdanÜstümə sevgi damcılayır.Bir cüt yaşıl gözdənHəsrətdi süzülüb gedən,Həsrət ürəyimi qamçılayır...

20. Tanıyarmı

Gözəl qız, o beşikdəYatanı mənə göstər,Görüm ki, gözlərində

Bir sirrə qapı varmı?Görüm ki, "oğul" deyibÇağırsam tanıyarmı?

21. Səndən uzaqlarda

Səndən uzaqlardagünlər uzanır,Yollar sonsuzlaşır,zaman daşlaşır.Səndən uzaqlarda bir damcı kədərBir ümmana dönübbaşımdan aşır...

22

Mən bilmirəm bu yolsuzluq hardan gəlir,Silah tutmaq gərəkəndəbu əlsizlik, bu qolsuzluq hardan gəlir?Duz gölündə bata-batabu duzsuzluq hardan gəlir?Dahiləri doğan xalqınfikrindəki bu ucuzluq hardan gəlir?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов