Dağlıq Altay şairi Diman Biləkova

Oxuduğun bu mahnıTanrı nəfəsitək yaxındır mənə,Anamın səsitək yaxındır mənə.

Yaxındır, doğmadır öz adın kimi.Bu Qızıl dağları, Savalanları,Bu Xantenqriləri, bu Şahdağlarıbirlik karvanına qoşub aparanqədim bir sevginin fəryadı kimi.

Yaxındı ruhuma ölməzlik verənbir dilin minillər altından gələnDuyğu bünövrəsi, söz qatı kimi.

Bu Ana yerlərə, Ata göylərətoxum bərəkəti, göz işığıyla,şaman duasıyla, qopuz səsiyləqarışan ürəyim, həyatım kimi!..

Oxuduğun bu mahnıömür dediyimiz yalqız limanınsakit sahilindən qoparır məni.Keçmişdən boylanan solğun ay kimiçəkib şüa-şüa aparır məni.

Qanımda hayqıran vuruş eşqinin,Gündoğan eşqinin, yürüş eşqininsədası bu qədim mahnından gəlir.

Ulu bir ulusun beşiyi olmuşo ana qoxulu, o süd qoxuludağların ruhundan, ahından gəlir!

Mənə qardaş deyib oxudun sonra,Mahnın qardaşlığın himninə bənzər,Balaca yurdunun böyük dünyayasəpilən sevinci, qəminə bənzər...

Uzaqdan iki yurd çəkirdi bizi,dilimiz ayrıla bilmirdi ancaq...Min illər dalında baş-başa yatanölümüz ayrıla bilmirdi ancaq.

Ehey! Duman qardaş, zirvəndən enmə!Yurdunun gücüdür – mahnındakı qəm.Gündoğan beşikdən işıqla axanŞuman duasıtək, qopuz səsitəkSəhralar üstündən, dağlar üstündən,Mən səni həmişə eşidəcəyəm!..

Oktyabr, 1982

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов