Orda, zirvələrin qonşuluğunda,Duman işığında, ay işığında,İnamdan yuxarı, dindən yuxarı,Arzumdan yuxarı, məndən yuxarıAnam od üstündə dua oxuyur,Anam su üstündə dua oxuyur.Məni tilsimləyir bu uzaqlıqdan,Onun pıçıltısı haraydı, ahdı.Xəstələnmək olmur, dərd çəkmək olmur,Ürəyinə damar, vallah, günahdı...

Daha səfərlərə çıxan deyiləm,Yollarım anamın ömür yumağı.Ömrünü dünyaya səpələmişəm.Soyuq ürəklərin nazına dözübAna ürəyinə köz ələmişəm.Dünya yollarına su çiləməkdənMənim ağ buludum yağışa dönür.Anam Tanrıya da dua oxuyur,Anam özü boyda alqışa dönür.

Çölün çiçəyi də ana payıdır,Zirvədə ağaran qar – qışındandır.Qürbət yollarında rahatlıq görsənİnan ki ananın alqışındandır!Tanrı təkliyilə öyünə bilməz,O özü Tanrımı qoşa yaratmış.Gözə görünməkdən məhrum olan kəsDünyaya analar ruhunda çatmış!Mənim ayaqlarım yollarda qabar,Qabarlı əliylə corab toxuyur.Xəyanət odundan, böhtan selindən,Hava yollarından, su yollarındanBizi qorumağa, hifz eləməyəAnam yer üzünə dua oxuyur,Anam göy üzünə dua oxuyur,Dünyaya bir dəstə oğul-qız verənTəkcə,öz-özünə,dua oxuyur...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов