Dünyanın üstündən keçdim sel təki,Bilmirəm irəli, bilmirəm geri.Mən kiməm? – Zamanın çəkdiyi şəkil,Mən kiməm? – Dünyanın düşüncələri.

Tanrıya aparan ölümə sevin,Bir bina qurulur – haqqın səsidir.Bağlanan gözlərim bəlkə bu evinBaşqa bir dünya pəncərəsidir!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви