Yağır ömrümüzə taleyin qarı,Bir olsaq – ayrıyıq, ayrılsaq – birik.Biz ki bu dünyanın bəxtiyarları,Biz ki bu dünyanın bədbəxtləriyik!..

Köksümdən bir sevgi ümmanı keçir,Sən baxsan görməzsən – sahillər donub.Ürəyin ən isti sözləri seçir,Dilim pıçıldayır ən soyuğunu.

Baxışım döşənir getdiyim yola,Üz-üzə gəlirik, dayanır zaman.Ürəyim səninçin kül ola-olaSöhbət başlayırıq bir ayrısından.

Elə bil qor dolur ürək yerinə...Məni qanadında uçurur bu yol“Sənsiz nə yaxşılıq”? demək yerinəDeyirəm: Yaxşıyam, yaxşıyam, sağ ol!”

Ah, sənə sevilmək necə yaraşır,Əllər yadırğayıb yovuşa bilmir.Göydə iki ulduz çoxdan barışıbYerdə iki insan qovuşa bilmir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов