Birimiz sağ gözük, birimiz sol göz
Bizim aramızda beş addımlıq yol,Gözdə qaş arası!Ondan da azdı...Di gəl ki, hərəmiz bir planetdəYaşasaq bu qədər ayrı olmazdıq.
Dünənki günümsən – ancaq nə fərqi,Milyon illər kimi geri dönməzsənŞəkiltək baxırsan dinməz-söyləməzAyrı bir taleyin çərçivəsindən.
Bəlkə sabahımsan –əl atsam çatarBu gün də dolanıb ötüşər, nə qəm.Heyif ki vədəsi gəlib yetişənXəstətək sabaha yetə bilmərəm.
Gözümün önündə səhra ilğımı,Gözümün önündə şirin bir yuxu –Ovcumdan qaynayıb çıxan bulaqsanSuların sərhəddən o taya axır.
Ürəyin önümdə şölələr çəkir,Mənim bəxtimədir belə gur ocaq.Uçuram bu oda qızınmaq üçünƏlim buz şüşəyə toxunur ancaq.
Dənizdə dalğanın ömrü də belə –Biri qovacaqsa, biri qaçacaq.Birimiz sağ gözük, birimiz sol gözGüzgüdə görüşə bilirik ancaq!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-birimiz-sag-gozuk-birimiz-sol-goz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sıxıcı günlərin soyuğu bitdi,Ruhuma əl çəkdi ilıq bir səhər,
Yaşını deməTənziləyə*Ad günün mübarək sevncim, dərdim
Həyat səs imişDut... dut... dut...Telefonun o başında
BədahətənNaxçıvandan Hüseyn Cavidin məqbərəsinin açılışından qayıdarkən təyyarədə bu münasibətlə hərə bir bənd deməliydi. Mən də dedim:*Ulu Turan – ulu niyyət
Стихи других поэтов
Ey verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
Al üstən-üstənBaşına döndüyüm telli Şamama,Dərdim çoxdu mənim, al üstən-üstən.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**