Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz,
Buna cövlangəh ərsə-ərz ola, seyri tamam olmaz.
Cahanı dust tutduqca edər düşmənçilik peyda,
Bu düşmən kamdən, ey nəfs, hasil hiç kam olmaz.
Cahan məmurəsində künci-üzlət ixtiyar eylə,
Qənaət əhlinə, ey dil, belə rahət məqam olmaz.
Ayaqdan düşməmiş səy eylə əldən vermə mey camin,
Cavanlıq şuri qalmaz başda, bu nəşə müdam olmaz.
Nə təşviş eyləyirsən cam əlində ruzi-məhşərdən,
Əgər piri-muğan vermişsə, qorxma, heç həram olmaz.
Təmənna eyləsəm, saqi, ləbindən busə, məzurəm,
Bu rövşən əmrdir kim, məst olan kəsdə nizam olmaz.
Bürünmə xirqeyi-salusə, Bixud, tənədən qorxub,
Bu, meydani-məhəbbətdir, bu yerdə nəngü nam olmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/aga-haci-molla-tagizade-riyazetsiz-konul-bu-nefs-bir-tovsendi-ram
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zahid, bu fəna mülkdə dövran sənin olsun!Verdim sənə yeksər.
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
Ey dil, barı meyxanə sarı bir güzər eyləEy dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
Стихи других поэтов · О вине
طاق ابروی توام قبله جان خواهد بود
Bəzmi-şərabxanədə durdum ayağidəBəzmi-şərabxanədə durdum ayağidə,Verdi şərab saqi mənə bir ayaqidə.
Məsciddən kilsəyə gedirBir qız bir ingilis tapıb,bu xanım o bəyə gedir.
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən