Belə yaşayıram
Nə isə çatışmır xoşbəxtlik üçünGör nələr ummuşam “nə isələrdən”.Nə isə fikrimə qəm qatır hər gün,Nə isə ürəyi ağrıdır hərdən.
Elə səhərlər də bir cür açılır,Elə axşamlar da gəlir bir sayaq.Nə isə qisməti əlimdən alırMəni bircə addım qabaqlayaraq.
Ehtiyac dırnağı yaxamı didir,Mən hara qayıdım saçlarımda dən?Güvəncim bir kasıb kənd evinəydi,O da ki elə bil soyuyub məndən.
Dilim alışırdı Vətən deyəndə,Qayaya dirənir bu eşqin izi.Dünənlə bu günüm görüşməz məndə,Birisi gələndə gedir birisi.
Bir körpə baxışı yola dikili, –Bu gün də yumruğum açılmayacaq...
Yenə bostanıma tikan əkilir,Anamın baxışı döz deyir, ancaq...
Nə isə çatışmır xoşbəxtlik üçün,Bir uzaq ünvanda telefon dinmir.Cavabı qayıtmır dediyim sözün,Məni sevindirən mənə sevinmir.
Nə olsun adıma isinənlər çox,Arabir tərif də başımdan aşır,Mənim taleyimə bayram kefi yox,Bir qəlbin nisgilli eşqi yaraşır.
Dərdimin mənzili varmı bu axşam,Ürəklə gözləyən kimdi, kim məni?Ya mən taleyimi qabaqlamışam,Ya da qabaqlayıb taleyim məni...
Ömürlər qarışıb bir yola axır, –Mənimsə ömrümü yolsuzluq çəkir.Belə yaşayıram, yaşamaq haqqıTəkcə xoşbəxtlərə verilməyib ki,?
18.II.1979
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-bele-yasayiram
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
KimidirSevgilim əyninə yaşıl geyinmiş,Sallanışı sərvi-çəmən kimidir.
Gedin deyin Lələ bəyəGedin deyin Lələ bəyə,Bu naleyi-əfğanımı.
Ayağa salmazGəzdim, kəşt elədim yaxın-uzağı,İndi səfbrimdi ayağa salmaz.