“Xoşbəxt ol” söylədin
“Xoşbəxt ol!” söylədin, “ayrılaq daha”Bu sözlər qarğışmı, həsrətmi, qəmmi?Sənsiz ömür sürüb xoşbəxt olmağaDünyaya təzədən gələcəyəmmi?
“Xoşbəxt ol!”Səsindir qulaqlarımda...Addım səslərin də belə deyirdi.Sən çıxıb gedirdin, ayağın altdaÜrəyim səssizcə inildəyirdi.
Son dəfə üzünə qoy baxım ki mən,Göylərdən bir ulduz axacaq indi.“Xoşbəxt ol!” söylədin,dedin ürəkdən,Xoşbəxtlik əlimdən çıxacaq indi!
Soyuq ayrılıqdır üstümdən əsən,Baharmı, payızmı-hamısı birdi.“Xoşbəxt ol!” söylədin,məgər bilmirsənBu sözdə bəxtimi dəfn eləyirdin...
29.I.1984
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-xosbext-ol-soyledin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər