Mən bir zərif dağ otuyamArana dözə bilmirəm.Vüqarımı acı sözləQırana dözə bilmirəm.

Kəsirlər yalan əliylə,Əsirlər talan yeliylə,Halımı ilan diliyləSorana dözə bilmirəm.

Yolumuzu bura-bura,Köksümüzü yara-yaraSümüyümdən qızıl sarayQurana dözə bilmirəm!

Sən ha çalış, sən ha qazan,Özgə qanla yaşamazsan,Ay bəxtimi qara yazan,Qarana dözə bilmirəm!

Arzularım təzə, dən-dən,Od göyərir təzə dənnən...Dünya uçub təzədənnənYarana! Dözə bilmirəm!

3.VIII.1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов