Bir pərdəyəm tardan gizli,Bir istəyəm yardan gizli...Göydən gizli, yerdən gizliSirrim bu ağ varaqdadır.

Hücum çəkir üstümə qəm,Düşünürəm kiməm, nəyəm?Ürək deyir: yaxşı nəğməmQorxma, hələ qabaqdadır.

Ayrılıqdan olmaz doyan,Tale deyər di yan, di yan...Araz axır sirri bəyan,Nalələri dodaqdadır.

Haqq yolunda sın, armı heç,Dost da dostu sınarmı heç?!Yad önündə sınarmı heçKimin əli yaraqdadır...

Düz sözümdən sıxılmaram,Dərd oduna yuxalmaram,Hər tufana yıxılmaram,Köküm ana torpaqdadır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов