Bakıya zəng vurdum
Küskün danışırsan mənimlə yenə,Sevgim xırdalanıb küsüyə gəlməz.Əyri görünmüşəm sənin güzgünə,Güzgünün öz üzü güzgüyə gəlməz.
Mən yerdən sovrulan qum dənəsiyəm,Özüm öz dərdimin pərvanəsiyəm,Susmalı çağımda nə dinəsiyəm?Düzlüyüm əlavə düzgüyə gəlməz.
Yalanı yük edib çəkən deyiləm,Böhtanı ürəyə əkən deyiləm,Mən dəmir barmağa tikan deyiləm,Tikan ələ gələr, üsküyə gəlməz.
Yay kimi, qış kimi yanaşı varsanGah ruhu oyadan, gah üzü qarsan,Dodaqdan quş kimi pərvazlanarsanSöz ürəyə qonar, səs-küyə gəlməz.
Taletək qoşulub mənə gedirsənHara addım atsam, orda bitirsən,Soyuq gileyinlə mənə yetirsən,İsti xeyir-duan bəs niyə gəlməz?
6.X.1985
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-bakiya-zeng-vurdum
Клавиши ← → для перехода, R — случайное стихотворение