Çatır qulağıma illərdən bəriO kənd məktəbinin doğma zəng səsi.Çatır uşaqlığın xatirələri,Görüş çağırışı, vida nəğməsi.

O nəydi? Sığalı torpaqdan alanSınıq bir kotanın polad tiyəsi.Uşaq duyğumuzu təşvişə salanArzudan göyərən səs fəvvarəsi!

Qonşu obaların uşaqlarınıDərsə gecikəndə yolda haqlardı.İlk zəngə çatmasa qaralar qanı,Çəpərlər dibində kimsə ağlardı.

Çatır qulağıma hayana getsəm,Kotan parçasından ucalan o səs.Xoş gündə sevincdi, ağır gündə qəm,Qəlbimdən heç zaman çəkilib getməz.

Ötər sürətini təyyarələrin.Batırar səsini qatarların da.Kəndin diləyidi – aşar illəri,Hayana getsəm də haraya çatar.

Özgə torpaqların cazibəsindəGözüm aldananda, ağlım çaşanda,Demirəm bir həftə, bir saat, bir dəmFikrim o ocaqdan uzaqlaşanda,

Gənclik ehtirası, şöhrət tələsi,Yalançı tamahın şirin vədəsi...Bircə təmizlikdir mayadan gələnOnun da hiyləyə kölgələnməsi...Ağlım kütləşəndə, gözüm yatanda –O səs – ürəyimin silkələnməsi!..

Ah körpə dostlarım, qönçə dostlarım!Bizim alnımız da qırışıb indi.O məktəb zənginə hicran qubarı,Sizin səsiniz də qarışıb indi.

O nəydi? Cilası torpaqdan gələnKöhnə bir kotanın polad tiyəsi.Ömrü gələcəyə qanadlandıran,Keçmişə tökülən səs fəvvarəsi...

25.III.1980

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов