Ay üzə-üzə
Ay ağalar, çeşmim yaşı sel oldu,Çalxanır sonalar ay üzə-üzə.Mərd sözünü deyər mərdü mərdana,Namərd saxlar sözün ay üzə, üzə.
Nazlı dilbər əldə tutub nə saqı,Dərd çəkənin nə bimarı, nə sağı.Ala gözlər mənə eylər nasağı,Kəc baxır, ömrümü ay üzə-üzə.
Aşıq Musa deyər, yetibdi dərdim,Məni bu qürbətə atıbdı dərdim,Səksəni, doxsanı ötübdü dərdim,İndi də yetişib a yüzə, yüzə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-musa-ay-uze-uze
Клавиши ← → для перехода, R — случайное стихотворение