Güllərə, kollara dolaşan izimÇəkərdi dalınca düşüncələri.Məktəbə gedərdim bazar ertəsi,Qayıdıb gələrdim şənbə günləri...

Tək-tənha...Yollarıq sirri tükənməz,Özüm də balaca bir sirr kimiydim.Mən arzu adlanan, geriyə dönməz,Bir selin əlində əsir kimiydim.

Çöllərə qəlbimin səsini yazdım,Dörd il yollar oldu gözümə qənim,Mən torpaq üstündə addımlamazdım,Torpaq ürəyimdə gedərdi mənim.

Adladım meşələr vahiməsindən,Qorxu da mənimlə yoldaş kimiydi.O dağ çaylarının sel hədəsindənBir uşaq ümidi keçirməliydim.

Evlərdən boylanan işıqlar – harın,Yolumda qaranlıq hədəsi vardı.Gecəyə düşəndə qəbristanlarınDaşları dalımca addımlayardı.

Duman məchulluğu, çən sonsuzluğu,Yoxuş tənlikləri, qar kəsirləri.Buluddan, günəşdən, ulduzdan yağıbYollara yazılan ilk əsərlərim...

Həftələr üstündən, illər içindən,Fikirli, qayğılı ötən baharım.Körpə ürəyimi sınağa çəkənSonu görünməyən məktəb yolları...

Sevincə can atıb, qəmdən adlayıbGəlsə də, ya yaxşı, ya pis sorağım.Ölkələr dolaşsam, qitələr keçsəmArzular uzunu, ümidlər boyuO məktəb yoludur addımladığım!..

27.X.1982

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе