Eldar Mansurov bəstələyib

Nəyi itirmişdim, nəyi qazandım,Harda şaxta vurdu, harda qızındım?Bahardı, payızdı? –Halımı sorma!Taleyim nə yazdı? –Halımı sorma!

Vətənim yaralı, elim yaralı,Çiçəyim yaralı, gülüm yaralıQaçqınam, köçkünəm –Halımı sorma!Sıx məni köksünə –Halımı sorma!

Yarımçıq ürəklə – sevgimiz haram,Mən belə səadət arzulamaramŞəhidəm, itkinəm –Halımı sorma!Qisas gününəcən –Halımı sorma!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов