Məndən salam söylə
Məndən salam söylə! Kimə? Heç kimə!Daha o yerlərdə kimsəm qalmadı.Daha güneylərdə saralan zəmim,Xırmanda yarımçıq kisəm qalmadı.
Ala yaylaqlara qanadlanmağımQırovlu qışlağa tədarüküm yox.Arxı bağlanmayıb bostanlarımınTəzə yurd yerində təzə hörgüm yox!
Alması düşmədi nağıllarımın,Üçə də şərikdi, beşə də şərik.Dünyanın günəşi, gündüzü təkrar,Təkrar olunmayan təkcə bizlərik.
Məndən salam söylə, mənim olsa da,Əslində mənimki olmayanlaraÇoxdan torpaqlara qarışıb gedənAncaq xatirəsi solmayanlara!
Fəsillər qayğıma, duyğuma ortaqBahar təravəti, qış dözümü varYaxşı ki, dünyada insana əvəzAğac etibarı, daş dözümü var.
Çiçəkdən naxışlı qəbir daşlarıNə yola boylanar, nə sənə baxar,Salam de, üzünə baxmaz bu dünya,Ancaq təmizdirsə səsinə baxar...
Məndən salam söylə, beşiyim üstəÇayları saz kimi çaldıranlara,Dağlarda nəslimin nişanəsitəkNamus qalaları qaldıranlara.
Məndən salam söylə, yurd yerlərindəHələ oxunmayan lal yazılara,Tüstüsü ruh kimi uçan evlərə,Çoxdan açılmayan darvazalara.
O qoca palıdın kölgəsi mənimÇox da ki, gədikdə yalqızdı, təkdi.Sübhün yellərinə məndən salam de,Bütün ünvanlara yetirəcəkdir.
Məndən salam söylə, o qoca dağlarSənə də qoynunda öz balam deyər.Şükür ki zirvələr öz yerindədir –Bir salam deyənə yüz salam deyər!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-menden-salam-soyle
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Novruz yetişdi, füqera otdu pərişan,əfsürdə və nalan.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Leyli və MəcnunLEYLİ VƏ MƏCNUNməsnəvi
Yalıdı bağrumı nigârâ âteş-i derd ü firâkYalıdı bağrumı nigârâ âteş-i derd ü firâkSaldı vahşet dehşetine bini yine iştîrak