İnduslar arasında
İllərlə ömür sürdük, kabuslar arasında,Gah erməni icması, gah ruslar arasında.
Dost aşnaya tor hördük, düşmənləri dost gördük,Hər sirri açıb tökdük, dəyyuslar arasında.
Küfr ölkəsi din-dirdir, zinaları çin-çindir,Təqsirsizi min-mindir məhbuslar arasında.
Bizlərdə geyim şərtdir, bu şərt ilə bizlərdə,Çöl eşşəyi bosmandır, matroslar arasında.
Kimya tozu pak etməz, namus ləkəsin əfsus,Çoxdur ləkəli namus, namuslar arasında.
Vaciblisi sərvətdir, sərvət də ki, rüşvətdir,Rüşvət də ki, dəhşətdir viruslar arasında.
Dəryada bir inci biz, torpaq girinci biz,Lüttükdə birinci biz, induslar arasında.
Çox günlərimiz fani, xoş günlərimiz ani,Axtar Baba Pünhanı məyuslar arasında.
10 dekabr 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-induslar-arasinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dilimiz şəkərdü, qənddü, acı ruzigarımızdır,İşimiz kədərdü, dərddü, maaşı azarımızdır.
Ağlamağım var, gözəlimNə işim var, na evim var, nə bağım var gözəlim,Nə pulum var, nə ətim var, nə yağım var gözəlim,
Dustaqlara qaldıHəsrət dolu gözlər dikilib dağlara qaldı,Yüksəkləri verdik ümüd alçaqlara qaldı.
Hambal dəbdədirİndi bu millətdə qeyri-adi bir hal dəbdədir,Qarəbağ çıxdıqca yaddan xoş bir əhval dəbdədir.