Dilimiz şəkərdü, qənddü, acı ruzigarımızdır,İşimiz kədərdü, dərddü, maaşı azarımızdır.

Bizi əz, əzimli xalqığ, bizi büz, büzümlü xalqıq,Dözürük, dözümlü xalqığ, bu bizim şüarımızdır.

Yeginən ölüncə, doyma, kişisən fəqiri soyma,Havaya rüsumu qoyma, bu hava naharımızdır.

Neçə cür filan əlindən, quduran klan əlindən,Nəbilər qaçaq düşübdü, qoçu iqtidarımızdır.

Qızımız əsir olanda, özümüz yeyib-içirkən,Böyüyən qubarımızdır, kiçilən vüqarımızdır.

Bu çətin zəmanə vallah, bizi öylə bərk sıxıb ki,Bilinir açıq-açığna, nə ki, altda varımızdır.

Dedilər bir ağzıgöyçək, qəzetə o gün yazıb ki,Qarabağ azarımızsa, Bakı da bazarımızdır.

Özü bir savadlı müəllim, neçə bisavaddan amma,Süzülən əyin-başından, utanan nigarımızdır.

Quyunu qazan Əmirxan, pulunu yığan amerkan,Nə bilir o yazıq insan, qazılan məzarımızdır.

Hər əlin həvası ilə, oxuyandan Alim olmaz,O bizi "Səmayi-şəmsə", aparan qatarımızdır.

Nə ümidi hərbə bağla, nə ümidi sülhə bağla,O Qarabağın açarı, Əli Zülfüqarımızdır.

Gedənə vida edəndə, gələnə salam de, Pünhan,Gedən iztirabımızdır, bitən intizarımızdır.

28 aprel, 2001

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине