Haqq sözün bu iqtidarə sən deməzdin, mən dedim.Ağu qatmış ruzigarə sən deməzdin, mən dedim.

Bir mücərrəd var ki, neyçün qurd qiyamətçün qalıb;Qurdu çıxsın aşikarə sən deməzdin, mən dedim.

Yurdu döndərmiş bazarə hər şeyi satmış ucuz,Xəlqi salmış ahu-zarə, sən deməzdin mən dedim.

Diz çöküb Pərvərdigarımdan Qiyamət istədim,Bax bunu Pərvərdigarə sən deməzdin mən dedim.

Çatmışıq min şükr ola Sahib-Zaman dövranına,Son sözü son zülmükarə sən deməzdin, mən dedim.

La fəta illa Əli, la seyfə illa Zülfüqar,Hikmətin bu hökmüdarə sən deməzdin, mən dedim.

Bir müqəddəs Ruh enir, Pünhan, o göylərdən yerə,İblisi qoysun məzarə sən deməzdin, mən dedim.

9 iyul, 2001

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе