Min şükürlər dilərəm Rəhmli Rəhmanımıza,Nəzərin saldı bu əhvali - pərişanımıza.

Millətin dərdi, demə məndə qübar etmiş idi,Onu cərrah kəsib atdı xiyabanımıza.

Demə bu dərdi qoparmaq neçə min dollar imiş,Beş minə dəydi bıçaq sineyi-qalxanımıza.

Halal olsun sözə qiymət verən oğlanlara ki,Qatdı imkanını heç olmayan imkanımıza.

"Opires"dən sora əmma ki, göy ilən gedirəm,İqtidardan deyəsən qan vurulub qanımıza.

Bizə torpaqları qaytarmağa cərrah gərək,Çeçenin qeyrətini "şunt" eləyə canımıza.

Necə getsin bu gözəl isti otaqdan ayağım,O Rəsulzadədiki şaxtalı ünvanımıza.

"Qəlbim"i Ben Əli bəy şunt eləyəndən sonra,Əli meydanı gərəkdir Baba Pünhanımıza.

22 noyabr, 2001Mərkəzi klinik xəstəxana

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине