Bu millətin qulpu qırığ
Xonçalara qoyulmarıq,Yardım olsa sayılmarıq,Öskürsək də ayılmarıq,Yorğanımız sırığ-sırığ,Bu millətin qulpu qırığ.
Həyat qalıb yoldaş gedib,Qeyrət olub nimdaş gedib,Alt üst düşüb, üst-baş gedib,Yubkalar da cırığ-cırığ,Bu millətin qulpu qırığ.
Kür bulanıb Araz qalıb,Şillə dəyib qapaz qalıb,Bakı əhli bir az qalıb,Qalanın da işi fırığ,Bu millətin qulpu qırığ.
Baş yolumuz qüsurludur,Ayaq yolu çuxurludur,Üzümüz çoxsüxurludur,Bellərimiz sınığ-sınığ,Bu millətin qulpu qırığ.
Ac qurdlarla dolub meşə,Ələ gələn, keçib dişə,Meşəbəyi düşüb işə,Vəhşilərlə dolub qoruğ,Bu millətin qulpu qırığ.
Əvvəlimiz Nəbi, Həcər,Axırımız həftəbecər,Dəliləri Həmzə seçər,Ağıllını zindana yığ,Bu millətin qulpu qırığ.
24 fevral, 2001
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-bu-milletin-qulpu-qirig
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən Məhəmmədsən, Əminsən, haqqa yoxmuş şəkliyin,Haqq ilə yüksəldiyiyinçün, enmədi yüksəkliyin.
Sənə sənsizmi deyim?Sənə mən siz deyərəmsə, özümə bizmi deyim,O böyük tanrıya sən, bəndəsinə sizmi deyim?
Gözlərinə nəm tökülübBu nə aləm ki, bura aləm olub cəm tökülüb,Burda bir şəm yanıb, nuruna aləm tökülüb.
Röyalari qaçqınYa Rəbb, bu elin bülbüli-şeydalari qaçqın,Bağbanı didərgin güli-rənaləri qaçqın.
Стихи других поэтов · О родине
Keçən xatirələr yanar od kimi,Könlümü yandırar, yanıram hər gün.
Loğmanın vəsiyyətiƏshabına bir gün dedi Loğmani-həqiqət:Etdi məni hübbülvətənim mətleyi-hikmət.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Kor olduGözün baxa-baxa, qızın kor oldu,Dərdin nə böyükdü, ay anam mənim!