Dustaqlara qaldı
Həsrət dolu gözlər dikilib dağlara qaldı,Yüksəkləri verdik ümüd alçaqlara qaldı.
Torpaqlarımız getdiyi gündən əlimizdən,Əllər uzanıb şorməzə torpaqlara qaldı.
Allahdeyən oldu, deyilənlər boşa çıxdı,Yersiz hədə qorxu quru barmaqlara qaldı.
Xofdan elə güldü, elə bil mayda gül açdı,Vacib işimiz maygülü yaltaqlara qaldı.
Şənlikdə bir alçağı şişirdib dağa qoydu,Mənlik ayaq altındakı tapdaqlara qaldı.
Əyri bel ilə əkdiyi də çıxdı əyilmiş,Yəni ki, bu xislət gələcək çağlara qaldı.
Göy partladı yer çatladı nankorlar əlindən,Uçdu haram evlər daşı çatdaqlara qaldı.
Bayram günü bayraqdara dəydikcə təpiklər,Bayraq kimi yüksəlmək o bayraqdara qaldı.
Dövlət, onun uğrundakı yaltaqlara, Pünhan,Zillət vətən uğrundakı dustaqlara qaldı.
4 aprel, 2001
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-dustaqlara-qaldi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kimə səs verməyə hazırlaşıram canı çıxır,Kimə bel bağlayıram sübh səhər cani çıxır.
Xalis duzdu ki...Hər nə ki, qəlbindədir, ruyində bu biruzdu ki,Üz gözündən bəllidir xain ürək bumbuzdu ki.
Qubar yox qumbarasanmışSəni mən ağ bilirdim, demə məndən də qərasanmış,Qaralıq səndə ondandır ki, neftə mübtəlasanmış.
«Mamlı-matan» göstərərəmSənə, ey dost, Bakıda hər cürə an göstərərəm,Sənə, böhtanı, şəri xeyrə qatan göstərərəm.