«Mamlı-matan» göstərərəm
Sənə, ey dost, Bakıda hər cürə an göstərərəm,Sənə, böhtanı, şəri xeyrə qatan göstərərəm.
Qızını çılpaq edib «Konkursa» göndərənin,Özünü qonşu ilə vəslə çatan göstərərəm.
Kabinetlərdə çöküb pul qazanan caniləri,Təmiz oğlanları illərlə yatan göstərərəm.
Kazinolarda, kafelərdə neçə qız-gəlini,Özünü dollara, «şirvan»ə satan göstərərəm.
«Mehriban düşmən»imiz vardır, otuz min Bakıda,Adı Nunne olanı, Naza, Natan göstərərəm.
Biz müsəlmanda donu evdə geyərlər, bunu bil,Soyunub dərsə gedən «mamlı-matan» göstərərəm.
Xalqını oğru kimi hər küçə, minbaşı soyan,Pula polkovnik olan, çox kapitan göstərərəm
İnşəallah Yerevanə ataram, partladaram,Ona öz soy kökümü Atrapatan göstərərəm.
O Qiyamət günü Pünhangilə sən gəlsən əgər,Günəşi Qərbdə çıxıb, Şərqdə batan göstərərəm.
20 noyabr 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-mamli-matan-gostererem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ona bel bağlama çox, ağda qaranın biridir,Üzü boz, mayəsi turş, abı-qoranın biridir.
Fərhad və Şirinin hamam əhvalatıBu, susuzluq dərdinə həm doğma, həm yad ağladı,Yay, payız, həm qış, bahar xəlq etdi fəryad, ağladı.
Məşhədi İbad eşidərDağılan yurdumu bir gün yağı abad eşidər,Eşidər xəlqim olub qüssədən azad eşidər.
ŞorTənim başdan-başa şordur, evimdə var olandan şor.Fələk görmür daha kordur, şirin rüzgar olandan şor.
Стихи других поэтов · О родине
Имелся старинный обычай у нас:При драках камнями кидаться - вжик, вжик...
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Bülbül cəhcəhli dünyaMən bugünkü günəm,Sahabkı – keçmiş...