Bu, susuzluq dərdinə həm doğma, həm yad ağladı,Yay, payız, həm qış, bahar xəlq etdi fəryad, ağladı.

Girdi Fərhadnan Şirin həmmamə, çirkin tökməyə,Fərhadın qartmağına, Şirin çəkib dad, ağladı.

Dəsgahın şirin yerində su kəsildi, söndü qaz,Gördü Şirin, eyləmir bir kimsə imdad ağladı.

Söylədi «bak» qoymasaq, işlər olar əngəl tamam,Gördü bir bak qoymağa çatmır üç «oklad», ağladı.

Vanna xalis qupquru, əndam sulu, sabun «Duru»,Həlli yox bir düstura, hər iksi «podryad» ağladı.

Qalxdı Fərhad bir sütuna, soxdu baş fortuçkaya,Eylədi əhvalatı hər yanə «doklad», ağladı.

Çıxdı sabundan gözü, qışqırdı Şirin «vay gözüm!»Bu gözü çıxmış Şirini tutdu həmzad, ağladı.

Qətrə-qətrə su yığıb, tökdükcə Şirin başına,Vedrə-vedrə göz yaşıynan çimdi Fərhad, ağladı.

Abşeron torpağının mən duzlu bir Pünhanıyam,Çox düşüb yəqin duzum, ər küsdü, arvad ağladı.

6 fevral 1999. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов