Qarğıyıb zalım fələk istər sizə, istər bizə,Çox dəyib mitinq zamanı daş sizə, qəmbər bizə.

Biz nahaq dünyaya sərgərdan müxaliflərdənik,Biz əminik bir zamanlar Haqq olar rəhbər bizə.

Cibdə pul varkən ərik, yoxdursa bilməm kimlərik,Arvada təhkimlərik, ta arvad olmuş ər bizə.

Kukla tərpənməz yerindən, çəkməsə artist ipin,Çox oyunlar göstəriblər milli artistlər bizə.

Biz sənin hər bir üzündən hali olduqdan sora,Üzdəkindən üzdük əl, aç əslini göstər bizə.

Yaydılar ki, əmr var: əsgər gərək bozbaş yesin,Nimçədə üç-dörd noxud göstərdi bir əsgər bizə.

Bir neçə pir əyləşib bir namə yazdı vəklinə,«Zəhrimar nuş eyləsin də artığın göndər bizə».

Yerbəyer etməkdədir Sübhan əməl dəftərlərin,İqtidar «iş vurmasa» sağdan gələr dəftər bizə.

Pünhanam, haqq yollarında illərin zəvvarıyam,Ta ki, haqqam qoymaram Sultan ola Səncər bizə.

10 iyun 1999. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви