Ayrı salmasın
Başına döndüyüm alagöz Pəri,Tanrı səni məndən ayrı salmasın.Haqq götürsün bu qarını aradan,Nişanəsi bu dünyada qalmasın.
Gedəni gəlməsin, yatanı ölsün,Göz-göz olsun, qabıq qoysun, soyulsun,Hər yanına yetmiş piltə qoyulsun,Nə yığıb yerini salan olmasın.
Ciyərin doğrasın bir alagöz bıçaq,Yeddi il yan yerdə uzansın naçaq,Qohumu-qardaşı düşsünlər qaçaq,Əhvalını xəbər alan olmasın.
Sən pozmusan yazıq Abbas halımı,Mən sənə neylədim, Tanrı zalımı.Çəkim ciyərinə mən çəngalımı,Cənazənə yaxın gələn olmasın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tufarqanli-ayri-salmasin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Ey xuda sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eləyib ağlaram mən.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Bağışla məniFamilyan Vəzirov vilayət xanı,Şərəfi Hatəmsən səxavət kanı,
La'l-i lebleri câna şükr artururLa'l-i lebleri câna şükr artururŞükri şekker şekkeri şükr arturur