Atasınnan, anasınnan,Gül gəzindi, gül gəzindi.Atasınnan, anasınnanGül, gəz, indi, gül, gəz, indi.

Yarı ağ libada gördüm,Yarı ağlı badə gördüm,Yarı ağlı bada gördüm,Gülgəzindi, Gülgəzindi.

Sən məni ağlama da gör,Sən məni ağlamada gör,Sən məni ağlamada gör,Gülgəz indi, Gülgəz indi.

Bu işdə əyandı Abbas,Bu iş də dayandı Abbas,Bu iş də də yandı Abbas,Gül, gəz indi, gül, gəz indi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости