Sonuncu kibrit çöpü
Sözümüz çəp gəldi şoferlə birdən,Maşını saxladıb düşdüm yerə mən.O, sürdü... təkərlər sovurdu qarı,Cırmaq-cırmaq etdi bəyaz yolları...Meşə... ağaclarda buz lülə-lülə,Əsla hiss etmirdim soyuğu hələ,Üzümdən-gözümdən süzülürdü tər,Yaxamı, başımı açdım bir qədər.Hirsim soyuduqca soyudu tərim,Elə bil açıldı birdən gözlərim.Qar basmış meşədə gördüm təkəm mən,Yolda nə bir gələn, nə də bir gedən.Meşə... nə ucu var, nə də bucağı,
Hara çata billəm bu axşam çağı?Qarr-qarr...Qarıldayır qara qarğalar.Deyəsən ayağım üşüyür bir az!(Üşüdün, bir yerdə dayanmaq olmaz.)Gedirəm, qulağım səsdə, gedirəm,Əvvəl bərk, sonrasa asta gedirəm.Axırda taqətdən düşürəm tamamYolda nə bir maşın, nə də bir adam...Budur, göy qaralır, meşə ağarır,Gedirəm, canımı üşütmə sarır.Ayağım sürüşür beş-altı kərə,Körpə uşaq kimi dəyirəm yerə.Qalxıram, gedirəm, meşə uzanır,Ayazdır, şaxtadan üz-gözüm yanır.Meşə şaqqıldayır, sınır budaqlarGümüş tozu kimi səpələnir qarMeşə şaqqıldayır, səksənirəm mənBu qəhqəhədən.Cibimdən bir qutu kibrit tapıram,Deyəsən balaca oluram aram.Kibrit ürəyimə hərarət verir,
Zehnimə aydınlıq, cəsarət verir,Sınıq budaqları yığıb bir yerəÇəkirəm kibriti bir, beş, on kərə.Hər çöp qaralınca gözüm qaralır,Sayıram: qutuda beş on çöp qalır,Saat neçə olar? qoy baxım hələ,O nədir üstümə yeriyir elə?Gözləri göz-göz,Mənə baxır düz...Çəkirəm kibriti, çəkilir geri,Kibrit sönən kimi qayıdır bəri.On addım aralı durur canavar,Tərpənsə qutuda bir dənə çöp var.Bir çöl, bir canavar, bir meşə, bir mən.Tüklərim ürpəşir ucuz ölümdən.Canavar üstümə yeriyir. bu dəmYolda gur işıqlı maşın görürəm.İşığın içində itir canavar,Təkərlər altında xışıldayır qar.Şofer düşən kimi tanıyıram mən,Görürəm: gözləri dolub qəhərdənYoxsa fikirləşdin səni qoyub tək...
Motorda su donar, otur, tərpənək!Tərpəndik... dinmədi nə o, nə də mən.Papiros çıxardıb soruşdu birdən:– kibritin olar?– var!Yandı sonuncu çöp, yandı, qaraldı...Ancaq ürəyimdə həyatım boyuBu yaxşı insanın hörməti qaldı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-sonuncu-kibrit-copu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən yaşda anasız qalmasın heç kim,Ey ağlı kəsməyən körpə namikim!
Kədərim - sevincimMənim bircə balam, mənim tək qızım!Odur, böyüyürsən sən yavaş-yavaş,
İskəndərin anasıOğlunun dəfn günü lap fəğan etdi ana,Gözündən göz yaşı yox, od tökdü qəbristana.
Ağ libasdaFransız rəvayəti*Üzündə buludlanan kədəri qovdu ana,