هر که را از لوح دل نقش تعلق زایل است
Что такое касыда?
Касыда: торжественное длинное стихотворение — восхваление или наставление.
هر که را از لوح دل نقش تعلق زایل استمتصل نقش جمال دوست بر لوح دل است
طالب و مطلوب را از هم جدایی نیست لیکدر طریق دوست آثار تعلق حایل است
احتمالی نیست حرمان را درین ره مطلقاطالب محروم گویا در تردد کاهل است
روح را ماییم مانع از عروج عرش قربور نه این علوی باصل خود جبلی مایل است
جسم را از ماست استعداد تکلیف عذابور نه بر خلق از خدا رحمت عموما شامل است
ترک جان بی شک بجانان می رساند مرده راای مرید وصل فانی شو که فانی واصل است
هیچ فردی را مدان بیهوده در سلک وجودکین گمان اطلاق افعال عبث بر فاعل است
بی هنر گر سعی در اظهار عیب کس کندنیست بر معیوب عیب او بجعل جاعل است
هست محض فیض موجودات را عین وجودغافل از فیض حق است آنکس که از خود غافل است
از اسیر خاک سیر عالم علوی مجویاقتدای طینت سفلی بطبع سافل است
چون بسر حد حقیقت نیست راهی عقل رازین تردد هر که آسایش گزیند عاقل است
گرچه بی وجهست بر هر ناقص اطلاق کمالناقصی گر نقص خود داند بوجهی کامل است
از که پرسم ره سوی عرفان که در بزم وجودهر کرا دیدم ز جام بیخودی لایعقل است
زین ره مشکل مگر ما را بسر منزل برداقتدای آن که حلال جمیع مشکل است
آن که تا حد الوهیت ز سلک بندگیذات پاکش را بهر شانی که گویی قابل است
جود او بحریست بی ساحل محیط کایناتخاک بر فرقی که از بحر چنان بر ساحل است
تا قبول او بشرع اثبات حقیت نمودجز شریعت هر که هر دینی که دارد باطل است
در نماز ار داد سائل را نگین نبود عجباهل حق را هر چه در دست است نذر سائل است
هست از هر کار خیر افضل طواف روضه اشروضه جز آن که این خیرالعمل را عامل است
در نبوت بود موسی را به هارون از کلیممخبر این نکته فرمان الهی نازل است
گفت احمد حیدر است از من چو هارون از کلیمهر کرا دیدم بدین نقل مصحح ناقل است
می شود معلوم ازین مضمون طریق اتحاددر ادای لحمک لحمی نبی هم قایل است
اول و آخر محقق شد که بی مهر علیعلم و فضل اولین و آخرین بی حاصل است
با وجود خلقت انسی ملک محتاج اوستدر حقیقت بین مگو کین نشئه در آب و گل است
مبغض او را ز طبع بد کمان ترک بغضاحتمال رفع سمیت ز زهر قاتل است
هیچ فضلی نیست چون حب امیرالمؤمنینچون فضولی هر کرا این فضل باشد فاضل است
شکرلله ز ابتدای عمر تا غایت مراروضه خاک در شاه ولایت منزل است
ساحلی دارم چو دریای نجف بهر نجاتغم ندارم زانکه گرداب حوادث هائل است
یاربم در خاک این درگاه روزی کن ثباتتا ثوابت ثابت و دور فلک مستعجل است
Kimin ki, qəlb lövhindən təəllüq nəqşi zayildir,
O qəlb ayinəsi dostun xəyaliylə müqabildir.
Deyildir bir-birindən ayrı mətlub ilə talib, leyk,
Təəllüq onların görmək yolunda təkcə hayildir.
Bu yolda naümidlik ehtimalı yoxdur, əlbəttə,
O kəs ki, naümiddir, həqqi axtarmaqda kahildir.
Bizik mane’ ki, pərvaz etməmişdir ruhumuz ərşə,
Bu ülvi maddə yoxsa daima əslinə mayildir.
Əzab təklifini cismə edərlərsə, bizik bais,
Xudanın rəhməti yoxsa bütün məxluqə şamildir,
Edərsə tərki-can, bişək yetər cananinə aşiq,
Vüsal istərsən, ol fani ki, fani vəslə naildir.
Bu varlıq silkinə daxil deyil bir fərd bihudə,
Əbəs bir fe’lə iqdam etməmiş ol kəs ki, faildir,
Hünərsiz sə’y edər daim ki, hər kəsdə eyib tapsın,
Özündə yüz eyib var, görməyir, əzbəs ki, cahildir.
Həqiqət sirrini dərk etməyə çün əqlə yol yoxdur,
O kəs ki, əl çəkər böylə tərəddüddən, bil aqildir.
Əbəsdir gərçi hər bir naqisə kamil adı vermək,
O naqis ki, bilər nöqsanini bir növ’i kamildir.
Mənə, bir kimsə yox kim, rəsmi-ürfandan xəbər versin,
Bu məclisdə kimə baxdımsa, gördüm əqli zayildir.
Bu müşkül yolda çatdırmaz bizi sərmənzilə bir kəs,
Məgər yardım edər ol şah kim, həllali-müşkildir.
Ona ya bəndə, ya mə’bud söylə, məncə fərq etməz,
Onun şə’nində hər cür vəsfə zati-paki qabildir.
Səxavətdə bir ümmandır ki, sığmaz külli-afaqə,
Kül ol başə ki, bu ümman ara mə’vasi sahildir.
Odur çün şər’i-həqqi eyləmişdir hər kəsə sabit,
Şəriətindən səvay aləmdə hər din varsa, batildir.
Üzük bəxş eyləmişsə sailə ol şəh nəmaz üstə,
Əlində əhli-həqqin hər nə varsa nəzri-sayildir.
Məzarini ziyarət hər səvab işdən müqəddəmdir,
Behiştdir əcri ol şəxsin ki, bu amalə amildir.
Çatırdı nisbəti Harunə Musanın nübüvvətlə,
Bu nüktə barəsində xaliqin fərmanı nazildir.
Demiş Əhməd ki, Heydərdir mənə Musanın Harunu
Bu doğru fikri hər yerdə həqiqət əhli naqildir.
Əli haqqında Əhməd söyləmişsə “ləhmikə ləhmi”,
Bu mə’nadə Peyğəmbər ittihad əmrinə qayildir.
Əlinin mehridir elm ilə fəzl əvvəl də, axir də,
Bu mehr olmazsa, elmü fəzlidən xəlqə nə hasildir?
Bəşərdir xilqətən, əmma mələkdən qədri alidir,
Demə tə’yin edən qədrü məqami ab ilə gildir.
Güman etmə Əlinin düşməni tərki-nifaq etsin,
Zəhər dərmani bilmə o şeyi kim, zəhri-qatildir.
Əli hübbi qədər yüksək fəzilət yoxdur aləmdə,
Füzuli tək kimin bir böylə fəzli olsa, fazildir.
Necə şükr etməyim Allahə mən kim, şahi-mərdanın
Mənə ömrüm boyunca dərgəhi-valasi mənzildir.
Qorunmaqçün Nəcəf dəryası tək bir sahilim vardır,
Nə qəm kim, hadisə dəryasinin girdabi hayildir.
Ilahi, hər qədər dünya durar dövran dövr eylər,
O dərgəhdə məni sabitqədəm qıl, qədrimi bildir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qeside-12
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylərNigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər,Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər.
EdərAralıqda itib hökmi-şəriət,Xahişlərin eyləyirlər təriqət,
Rəqib töhməti etdi məni cüda, ey dustRəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!