Aralıqda itib hökmi-şəriət,Xahişlərin eyləyirlər təriqət,Bidət salıb, oxuyurlar həqiqət,Bu bidəti zərbəft edər, şal edər.

Hər həftədə birisi baş qalxızır,«Ənəlhəq»lər deyib bar-bar bağırır.Avamları öz dininə çağırır,«Əlif» qəddin şəriətin dal edər.

Bular salır aləmlərə qovğanı,Təşrih edib, dağıdırlar dünyanı.Pəst edərlər şəriəti-ğərranı,Bu əfalı, inanma, dəccal edər.

Aləmi-rəbbanı hanı yanına,Gedib qurban edək canı-canına.Fəda olaq əhdinə, peymanına,Bular yəqin dəfi-qilü qal edər.

Nəvvab edər bu qövmdən əlhəzər,Bu kəslərin kuyinə etməz güzər,Aləmi-rəbbanını hərdəm gəzər,Tapsa əgər fəda canü mal edər

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви