Хосров и Ширин, глава 108
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
سخن چون شد به معصومان حوالتملک پرسیدش از تاج رسالت
Məsumlar haqqında düşəndə söhbətŞah dedi: "Rəsuldan mənə söhbət et.
که شخصی در عرب دعوی کند کیست؟به نسبت دین او با دین ما چیست؟
Kimdir ərəblərdə olan peyğəmbər?Onun dini nədir, söylə bir qədər?"
جوابش داد کان حرف الهیبرون است از سپیدی و سیاهی
Büzürgümid dedi: "O allah sözü,Qaralıq, ağlıqdan kənardır özü.
به گنبد در کنند این قوم ناوردبرون از گنبد است آواز آن مرد
Hər qövmün üstündə vardır asiman,Göylərdən ucadır o böyük insan.
نه زَ انجم گوید و نَزْ چرخِ اعلاشکه نقشند این دو او شاگردِ نقاش
Nə ulduzdan deyir, ərşdən danışır,O nəqqaş şagirdi, bunlar naxışdır.
کند بالای این نُه پرده پروازنیام زان پرده چون گویم از این راز؟
O, doqquz pərdənin üstündə uçar,Sirrindən deyiləm əsla xəbərdar.
مکن بازی شها با دینِ تازیکه دین حق است و با حق نیست بازی
Ərəbin diniylə oynama, ey şah,O din haqq bir dindir, böyükdür allah."
بجوشید از نهیب اندام پرویزچو اندام کباب از آتش تیز
Pərvizin qorxudan qaynadı qanı,Odda kabab kimi qıvrıldı canı.
ولی چون بخت پیروزی نبودشصلای احمدی روزی نبودش
Ancaq zəif bəxti kömək etmədi,Əhmədin çağrışı ona yetmədi.
چو شیرین دید کان دیرینه استاددرِ گنج سخن بر شاه بگشاد
Şirin gördü ustad xəznəni açdı,Şahın ətəyinə incilər saçdı.
ثنا گفتش که ای پیر یگانهندیده چون تویی چشم زمانه
Tərifləyib dedi: "Ey qoca rəhbər,Yoxdur zəmanədə sənə bərabər.
چو بر خسرو گشادی گنجِ کانینصیبی ده مرا نیز ار توانی
Mədən xəznəsini açdın Pərvizə,Bacarsan, bir pay da ver ondan bizə.
کلیدی کن نه زنجیری در این بندفروخوان از کلیله نکتهای چند
Bu işdə açar ol, gəl olma zəncir,"Kəlilə-Dimnə"dən nəql elə bir-bir."
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-xosrov-ve-sirin-108
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Ey dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
OlarGörməmişlər pul görəndə sevinər,Ağıl gedər, elə bil ki, məst olar.
Valinin çeşmi çırağı, vəh nə türfə can imişValinin çeşmi-çırağı, vəh nə türfə can imiş,Külli-Gürcüstanın üstə sayeyi-sübhan imiş,
TohidBu nə heyrətfəza səmayi-rəfi?Bu nə biintəha fəzayi-vəsi?